Stoltenberq NATO Baş katibinin səlahiyyətlərini Mark Rutteyə təhvil verib
Yens Stoltenberq NATO Baş katibinin səlahiyyətlərini Mark Rutteyə təhvil verib.
“TV1” xəbər verir ki, bu münasibətlə alyansın mənzil-qərargahında mərasim keçirilib.
NATO-nun Baş katibi Yens Stoltenberq vəzifəsini tərk edib.
Qurumun saytında canlı yayımlanan tədbirdə çıxışı zamanı yeni Baş katib Mark Rutte Ukraynaya dəstəyin, eləcə də müdafiə xərclərinin artırılmasını prioritet elan edib.