Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi TƏYİN OLUNDU
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olunub.
“TV1” xəbər verir ki, bu barədə məlumatı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi təsdiqləyib.
Qeyd edək ki, bundan öncə Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Eyvaz oğlu Əzizov idi. Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə o, ADNSU-ya rektor təyin olunub. /trend/