media-1200x100

Suriya ilə bağlı Rusiyanın mövqeyi – Kreml açıqladı

media-ads_728_90

“Rusiya Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam edir”.

“TV1” xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, vəziyyətlə bağlı Moskva Dəməşqlə təmasdadır:

“Əlbəttə, biz Bəşər Əsədi dəstəkləyirik və buna uyğun olaraq Dəməşqlə təmaslarımızı davam etdiririk, vəziyyəti təhlil edirik”.

Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması Hələb və İdlibi ələ keçirib, Azad Suriya Ordusu isə Tel-Rıfatı PKK terrorçularından təmizləyib.

media-ads_728_90
Paylaş