media-1200x100

Suriyanın Ermənistandakı səfirliyində yeni bayraq qaldırılıb

media-ads_728_90

Suriyanın Ermənistandakı səfirliyində yeni bayraq qaldırılıb.

“TV1” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb.

Qeyd edilib ki, əvvəlki qırmızı, ağ və qara rəngli iki ulduzlu bayraq bir gün əvvəl aşağı endirilib.

“İndi onun əvəzinə binada yeni bayraq dalğalanır. Bu, yaşıl, ağ və qara rəngli üç ulduzlu bayraqdır. Bundan əvvəl bu bayraqlar Suriyanın digər ölkələrdəki diplomatik nümayəndəliklərində də qaldırılmışdı”, – deyə məqalədə yazılıb.

Xatırladaq ki, Suriyada noyabrın 27-də müxalif qüvvələrin hücuma başlaması nəticəsində Prezident Bəşər Əsədin hökuməti devrilib. Onun Moskvaya qaçdığı bildirilir. Beləliklə, ölkədə 53 illik B.Əsəd ailəsi hakimiyyətinə son qoyulub.

media-ads_728_90
Paylaş