Sürücülük vəsiqəsinin alınmasında YENİ İMKAN
Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiya əlavə olunub.
“TV1” xəbər verir ki, belə ki, vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər.
E-Polis tətbiqinə sürücülük vəsiqəsinin dəyişdirilməsi funksiyasının əlavə olunması vətəndaşlar üçün rahatlıq yaradacaq. Bu yenilik sayəsində sürücülər artıq vaxt itirmədən, növbələrdə gözləmədən və fiziki sənədləşmə ilə məşğul olmadan onlayn qaydada vəsiqələrini dəyişdirə biləcəklər.
Rəqəmsallaşma nəqliyyat sahəsində operativliyi artırmaqla yanaşı, vətəndaş-məmur təmasını da minimuma endirərək şəffaflığı təmin edəcək.