Tacikistanın Baş naziri Fəxri xiyabanı ziyarət edib
Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzoda Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.
“TV1” xəbər verir ki, Ümummilli Liderin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzülüb, əziz xatirəsinə dərin ehtiram ifadə olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları da ziyarət edilib.








