media-1200x100

Taekvondoçularımız beynəlxalq turnirin ilk günündə iki medal qazanıb

media-ads_728_90

Bosniya və Herseqovinanın Sarayevo şəhərində taekvondo üzrə “Bosnia Open” beynəlxalq turnirinə start verilib.

“TV1” xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizi gənclər arasında 5 idmançı təmsil edib.

Millinin üzvlərindən Vasif Səlimov (68 kiloqram) bütün rəqiblərini üstələyərək qızıl medala layiq görülüb. 78 kiloqram çəki dərəcəsində mübarizə aparan Elcan Əliyev isə bürünc mükafat əldə edib.

Qeyd edək ki, bu gün yarışda böyük yaşlı idmançılar mübarizəyə qoşulacaqlar.

media-ads_728_90
Paylaş