Taekvonduçumuz Avropa çempionatında bürünc medal qazanıb
Bosniya və Herseqovinanın Sarayevo şəhərində 21 yaşadək taekvondoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının üzvü medal qazanıb.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının məlumatında bildirilir.
Qeyd olunur ki, milli komandamızın üzvü Vasif Səlimov (63 kq) bürünc medala layiq görülüb. Medala gedən yolda ilk mərhələni rəqibsiz adlayan idmançımız Türkiyə, Ukrayna və Danimarkadan olan rəqiblərinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsində yer alıb.