media-1200x100

Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə gecikir - AZAL

media-ads_728_90

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

“TV1” xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilir ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

“Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir. Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər. AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş