TDT XİN rəhbələrinin Nyu-Yorkda qeyri-rəsmi toplantısı olub

media-ads_728_90

Türk Dövlətləri Təşkilatına (TDT) dövrü sədrlik edən Azərbaycanın ev sahibliyi ilə TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısı keçirilib.

“TV1”  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Toplantı BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

İclasda oktyabrın 29-30-da Türkiyədə keçiriləcək TDT-nin 13-cü Zirvə görüşünə hazırlıq məsələləri, həmçinin Türk dünyası ilə bağlı qlobal və regional proseslər müzakirə olunub.

media-ads_728_90
Paylaş