media-1200x100

TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası yaradılıb

media-ads_728_90

Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası yaradılıb.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov özünün “X” hesabında qeyd edib.

O bildirilib ki, bununla bağlı memorandum imzalanıb. “Memorandum mərkəzi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və bir çox sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqinə töhfə verəcək” – AMB sədri əlavə edib.

media-ads_728_90
Paylaş