media-1200x100

Xəzərdə yanan gəminin söndürülməsi əməliyyatı aparılır - VİDEO

media-ads_728_90

Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, görülmüş tədbirlər nəticəsində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq vasitələrlə təchiz olunmuş peşəkar yanğınsöndürənləri göyərtəyə qalxaraq bilavasitə gəminin daxili bölmələrində yanğınla mübarizə tədbirlərinə başlayıblar.

Bundan əlavə, yanğının söndürülməsi əməliyyatının fasiləsizliyinin təmin edilməsi məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri hadisə yerinə müvafiq vasitələrin çatdırılmasını həyata keçirir.

Əlavə məlumat veriləcək.

 

media-ads_728_90
Paylaş