Tehran aeroportlarında uçuşlar ləğv edildi

media-ads_728_90

Tehranın İmam Xomeyni və Mehrabad hava limanlarında bütün uçuşlar ləğv edilib.

“TV1” yerli KİV-ə istinadən xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatı Tehran şəhərində yerləşən Mehrabad və İmam Xomeyni hava limanlarından həyata keçirilən bütün uçuşların müvafiq bildirişədək dayandırıldığını açıqlayıb.

Təşkilat, həmçinin, ölkənin qərbindəki bütün hava limanlarının da müvafiq bildirişədək bağlandığını bildirib.

media-ads_728_90
Paylaş