Təl-Əvivə uçan "Flydubai" təyyarəsi Səudiyyə Ərəbistanına eniş edib

media-ads_728_90

Dubay-Təl-Əviv reysini həyata keçirən və Səudiyyə Ərəbistanında təcili eniş edən Birləşmiş Ərəb Əmirliklərin in “Flydubai” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsini Rusiya və Ukraynadan olan pilotlar idarə edib. Ukraynalı təyyarənin ikinci pilotu olub.

“TV1” xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalının yaydığı məlumatda bildirilir.

İsrail mediasının məlumatına görə, Dubaydan Təl-Əvivə uçan təyyarədəki insidentə pilotlardan birinin intihar cəhdi səbəb olub, buna görə də o, təyyarəni 30 min fut hündürlükdən təxminən 1 Mah sürəti ilə kəskin şəkildə aşağıya yönəldib. Qısa müddət ərzində təyyarə 15 min fut hündürlüyə qədər enib. İkinci pilot onunla mübarizə apararaq fəlakətin qarşısını alıb.

Sərnişinlərdən birinin sözlərinə görə, pilotların kabinasındakı əlbəyaxa dava zamanı pilotlardan biri digərinə bıçaqla xəsarət yetirməyə cəhd edib. Bortda olan israilli sərnişinlər müdaxilə edərək vəziyyəti nəzarətə götürüblər.

“Flydubai” aviaşirkəti Dubaydan Təl-Əvivə reys yerinə yetirən sərnişin laynerinin planlaşdırılmamış eniş etməsi barədə məlumatı təsdiqləyib. Bildirilir ki, Dubay Beynəlxalq Hava Limanından (DXB) Ben-Qurion adına Beynəlxalq Hava Limanına (TLV) uçan təyyarənin (FZ 1073 reysi) uçuşu zamanı bortda insident baş verib. Yaranmış vəziyyətlə əlaqədar gəmi kapitanı marşrutu dəyişmək və Səudiyyə Ərəbistanının Tabuk (TUU) şəhərindəki hava limanına eniş etmək qərarına gəlib. Təyyarə uğurla eniş edib, bortda olanlardan xəsarət alan olmayıb. Aviaşirkətin rəsmi bəyanatında qeyd olunur ki, hava gəmisi Tabuk hava limanına təhlükəsiz eniş edib. Bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub, onların hamısı nəzarət altındadır.

Təyyarənin göyərtəsində 27-si uşaq olmaqla, 174 sərnişin olub. Təyyarə əvvəlcə 7700, daha sonra isə mümkün qaçırılmanı bildirən 7500 təcili kodunu ötürüb. Daha sonra təyyarə geri dönərək Səudiyyə Ərəbistanının hava məkanına qayıdıb. Təyyarədə 100 İsrail vətəndaşının olduğu güman edilir.

media-ads_728_90
Paylaş