Tennessidə 200 ildə ilk dəfə qadının edamı uğursuz olub

media-ads_728_90

Tennessidə (ABŞ) sinif yoldaşının qətlinə görə məhkum edilmiş 50 yaşlı Krista Paykın edamı icra oluna bilməyib.

“TV1”  “ABC News”a istinadən xəbər verdiyinə görə, qadına iki ölümcül inyeksiya vurulub, lakin o, huşunu itirməyib. Müdafiəçilərinin sözlərinə görə, təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirilib.

Müdafiə tərəfi uğursuz edam cəhdinin səbəblərindən biri kimi “venalara çıxışda yaşanan çətinlikləri” göstərib. Paykın vəziyyəti barədə ətraflı məlumat verilmir.

“Yararsız pentobarbital (inyeksiya üçün preparat – red.), ağırlaşmaların qaçılmaz olduğu vəziyyətlərdə təcili tibbi yardımın olmaması – və bütün bunlar hələ də sirr pərdəsi altında olan protokol çərçivəsində baş verir”, – vəkillərin bəyanatında deyilir.

Paykın edamı Tennessi ştatında 200 il ərzində ilk edam olmalı idi. Onu sentyabrın 30-da keçirmək planlaşdırılırdı, lakin prosedurun keçirilməsinə bir saat qalmış Tennessidəki Federal Məhkəmə onu təxirə salmaq barədə qərar çıxardı. Təxirə salınma məhkumun uşaqlıqda cinsi zorakılığa məruz qaldığı və PTSS-dən əziyyət çəkdiyi barədə ifadələrinin nəzərdən keçirilməsi tələbi ilə bağlı idi. Elə həmin gün ABŞ Ali Məhkəməsi edamın təxirə salınmasını ləğv etdi.

media-ads_728_90
Paylaş