media-1200x100

Təyyarə qəzası ilə bağlı nazirlik adından yayılan məlumatlar saxtadır - Azərbaycan XİN

media-ads_728_90

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin adından AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı məlumatlar yayılıb.

“TV1” xəbər verir ki, A.Hacızadə bildirib ki, həmin məlumat saxtadır.

Qeyd edək ki, həmin saxta məlumatda Ayxan Hacızadənin adından bildirilir ki, qəza ilə bağlı araşdırmanın ilkin nəticələri guya təyyarənin quş sürüsü ilə toqquşması versiyasını təsdiqləyir. /trend/

media-ads_728_90
Paylaş