Tovuzda 4 bal gücündə zəlzələ olub
Gədəbəy stansiyasından 45 km şimal-qərbdə Tovuz rayonunda zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf yaxın rayonlarda 3 bal gücündə hiss olunub.