media-1200x100

Tramp 30 gün ərzində ABŞ-da TikTok-un taleyi ilə bağlı qərar verəcək

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp yaxın 30 gün ərzində ABŞ-da TikTok sosial şəbəkəsinin taleyi ilə bağlı qərar vermək niyyətindədir.

“TV1” xəbər verir ki, bu barədə Donald Tramp media nümayəndələrinə açıqlama verib.

“Bir çoxu mənimlə TikTok-la bağlı məsələni müzakirə edir, bunlar çox vacib insanlardır. Yəqin ki, yaxın 30 gün ərzində qərar verəcəm. Bunu etmək üçün 90 günüm var, Konqres mənə 90 gün vaxt verib. Biz bəlkə TikTok-u xilas edə bildik, məncə bu yaxşı olardı. Biz bunda çox maraqlıyıq və ABŞ bundan çox faydalanacaq” – Tramp bunu jurnalistlərlə söhbətində deyib.

“Bildiyiniz kimi, mənim hüququm var ki, ölkəmiz üçün nəyin yaxşı olub olmamasından asılı olaraq onu satım və ya bağlayım. Bu, platforma uşaqlar və bəzi valideynlər tərəfindən sevilir və çox məşhurdur. Onu xilas edə bilsək, əla olar. Düşünürəm ki, bu məsələ iqtisadi baxımdan Amerika üçün yaxşı olardı” – o deyib.

media-ads_728_90
Paylaş