media-1200x100

Tramp 709 azərbaycanlını deportasiya edir

media-ads_728_90

ABŞ-da  bir milyon yarım miqrantın deportasiya ilə üzləşə biləcəyi siyahı dərc edilib. Xarici KİV-lərin yazdığına görə, onların arasında Azərbaycan vətəndaşları da var.

“TV1” xəbər verir ki, siyahıda digər şəxslərlə yanaşı, 709 azərbaycanlı, 3103 türkiyə, 3518 rusiyalı, 2808 erməni və 1862 ukraynalı yer alıb.

Türkiyə vətəndaşları tərəfindən Meksika-Amerika sərhədinin qanunsuz keçidlərinin artması 2022-ci ilə təsadüf edib və həmin vaxt Amerika televiziya kanalı News Nation bu mövzuda ayrıca süjet hazırlayıb.

Eyni zamanda, deportasiya edilməsi planlaşdırılan miqrantların ən çoxu Latın Amerikası ölkələrinin – Honduras, Qvatemala, Meksika və Salvadorun vətəndaşlarıdır. Siyahıya həmçinin 37 908 çinli və 17 940 hindistanlı da daxil edilib.

media-ads_728_90
Paylaş