media-1200x100

Tramp ABŞ-a polad və alüminium idxalına 25% rüsum tətbiq etdi

media-ads_728_90

Donald Tramp ABŞ-a polad və alüminium idxalına 25% rüsum tətbiq etdiyini açıqlayıb. Bu, bütün ölkələrə təsir edəcək və bu həftədən qüvvəyə minəcək.

“TV1” “Döyçe Velle”yə istinadən xəbər verir ki, Tramp həmçinin Amerika mallarına vergi tətbiq edən dövlətlərə qarşılıqlı tariflər tətbiq etmək planlarını açıqlayıb.

Məlumatlara görə, ABŞ-da alüminiumun böyük hissəsi Kanada, Çin və Meksika, polad isə Kanada, Braziliya və Meksika tərəfindən təmin edilir. Almaniya da ABŞ-ın TOP 5 polad tədarükçüsü arasındadır.

Bundan əvvəl kansler Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Avropa mallarına gömrük rüsumları tətbiq edəcəyi təqdirdə Aİ-nin cavab tədbirləri görəcəyini bildiriblər. İlk prezidentlik dövründə Tramp artıq polad və alüminium idxalına əlavə rüsumlar tətbiq etdi və bu, ABŞ və Avropa İttifaqı arasında kəskin ticarət münaqişəsinə səbəb oldu.

media-ads_728_90
Paylaş