Tramp Cənubi Koreyanın ABŞ-a 200 milyard dollar sərmayə qoyacağını açıqlayıb

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-da yeni enerji sektoruna 200 milyard dollar investisiya yatıracağını açıqladı.

“TV1” xəbər verir ki, Ağ Ev rəhbəri barədə özünün “Truth social” sosial şəbəkəsində paylaşım edib.

Sərmayə daxilində 120 milyard dollarlıq 8 böyük atom reaktorunun inşası, Alyaskada 50 milyard dollarlıq LNG layihəsi və Texasda 22 milyard dollar dəyərində təbii qaz elektrik stansiyasının tikintisi nəzərdə tutulur.

ABŞ prezidenti  bu layihələrin minlərlə yeni iş yeri yaradacağını və ABŞ-nin enerji təhlükəsizliyini nəsillər boyu möhkəmləndirəcəyini vurğulayıb.

 

media-ads_728_90
Paylaş