Tramp HAMAS-dan bütün girovları buraxmağı tələb edib

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp HAMAS-dan əlində olan bütün girovları buraxmağı tələb edərək təşkilatı hədələyib.

“TV1” xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Şalom HAMAS”, salam və əlvida deməkdir – seçim sizindir. Girovların hamısını indi buraxın, gec deyil və öldürdüyünüz insanların bütün cəsədlərini dərhal qaytarın, yoxsa sizin üçün yolun sonudur”, – deyə Tramp bildirib.

O, həmçinin HAMASI İsrailə lazımi bütün dəstəyi verməklə də hədələyib.

“Mən İsrailə işi bitirmək üçün lazım olan hər şeyi göndərirəm, dediyimi etməsəniz, heç bir HAMAS üzvü təhlükəsiz olmayacaq. Həyatlarını məhv etdiyiniz keçmiş girovlarla indicə görüşdüm. Bu sizə son xəbərdarlığımdır! Rəhbərlik üçün hələ şansınız olduğu halda Qəzzanı tərk etməyin vaxtıdır” – deyə paylaşımda deyilir.

media-ads_728_90
Paylaş