Tramp: İranla münaqişə "çox tez" bitə bilər

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin tezliklə bitəcəyinə ümid etdiyini bildirib.

“TV1” xəbər verir ki, o, bu açıqlamanı Ağ Evdə Amerika qanunvericilərinin qatıldığı tədbirdə verib.

“Biz bu müharibəni çox tez bitirəcəyik. Onlar (İran – red.) həqiqətən razılaşma istəyirlər, onlar yorulublar”, – deyə D.Tramp qeyd edib.

O deyib ki, sülh prosesi çox tez başa çatdırıla bilər: “Bu, baş verəcək və tez bir zamanda baş verəcək”.

D.Tramp həmçinin, ABŞ-ın İranın nüvə silahı əldə etməsinə qarşı olduğunu bildirib və vəziyyətin tez və “nəzakətli” şəkildə həllini gözlədiyini vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

media-ads_728_90
Paylaş