media-1200x100

Tramp Maska müsahibə verəcək

media-ads_728_90

ABŞ prezidentliyinə namizəd Donald Tramp “SpaceX”in rəhbəri İlon Maska müsahibə verəcəyini bildirib.

“TV1” xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Müsahibə 12 avqust bazar ertəsi baş tutacaq. O, başqa təfərrüatları açıqlamayıb. Mask hələ Trampın mesajını şərh etməyib.

İyulun 13-də Donald Trampa sui-qəsd cəhdindən sonra İlon Mask Trampı “tam” dəstəklədiyini və onun tezliklə sağalacağına ümid etdiyini bildirib. Biznesmen həmçinin qeyd edib ki, sonuncu dəfə belə güclü namizəd Teodor Ruzvelt olub, Trampı seçki kampaniyası zamanı yaralanmış ABŞ-ın 26-cı prezidenti ilə müqayisə edib.

Mənbələr “The Wall Street Journal”a bildiriblər ki, Mask Trampın seçki kampaniyasını dəstəkləyən fonda ayda 45 milyon dollar köçürməyi planlaşdırır.

media-ads_728_90
Paylaş