Tramp-Putin görüşü nə zaman KEÇİRİLƏCƏK?
ABŞ prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında gələcək görüşə hazırlıqlar sürətləndirilmiş templərlə davam etdirilir.
“TV1” xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Kanal qeyd edir ki, ötən həftə Ağ Evdə Donald Trampla Ukrayna lideri Volodimir Zelenski arasında canlı yayım zamanı düşmüş mübahisənin planlaşdırılmış olması ehtimalı var və məqsəd Ukrayna liderinin nüfuzuna xələl gətirib, onu danışıqlar prosesindən kənarlaşdırmaq ola bilər.