Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin sona yaxınlaşdığını düşünür.
“TV1” xəbər verir ki, ABŞ lideri bunu Merilend ştatının Baltimor şəhəri yaxınlığındakı Sparrows Point gəmiqayırma zavodunda tərəfdarları ilə görüşü zamanı deyib.
“İstəyirsiniz inanın, istəyirsiniz inanmayın, amma bu, həqiqətən də sona yaxınlaşır. Baxmayaraq ki, elə görünmür… Düşünürdüm ki, bu, mənim üçün ən asan məsələ olacaq. Mən səkkiz müharibənin başa çatmasına nail olmuşam. Bu da kifayət qədər tezliklə baş verəcək”, – deyə Tramp bildirib.
Tramp Ukraynadakı müharibənin başa çatması istiqamətində çalışdığını da qeyd edib.








