Tramp Ukraynaya silah yardımını tam dayandırmaq istəyir - KİV
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə ekspertlərə Ukraynaya silah tədarükünün müvəqqəti və ya tamamilə dayandırılmasının mümkünlüyünü araşdırmağı göstəriş verib.
“TV1” xəbər verir ki, bu haqda The Wall Street Journal (WSJ) yazıb.
Ağ Ev rəhbərinin Ukraynalı həmkarı Volodimir Zelenski ilə Oval kabinetində keçirdiyi gərgin görüşdən sonra belə bir qərara gəldiyi bildirilir.
Nəşrin yazdığına görə, adıaçıqlanmayan yüksək vəzifəli Amerikalı məmur Trampın həqiqətən belə bir göstəriş verdiyini təsdiqləyib. Bununla belə, hələlik Amerikalı dövlət başçısı rəsmi Kiyevin növbəti hansı addımlar atacağını gözləmək niyyətindədir.