Tramp Xameneini danışıqlara dəvət etdi - İran üçün son şans...
ABŞ Prezidenti Donald Tramp İranın ali dini lideri Əli Xameneiyə məktub göndərib.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp “Fox Business” telekanalına müsahibəsində deyib.
Tramp Xameneini danışıqlara dəvət etdiyini bildirib.
ABŞ prezidenti İranla razılaşmaya üstünlük verəcəyini və bunun İran hökumətinin danışıqlar üçün son şansı olduğunu deyib.