Tramp-Zelenski görüşü baş tuta bilər - Bu tarixdə
ABŞ prezidenti Donald Tramp Romaya səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski, həmçinin İtaliyanın baş naziri Giorgia Meloni və Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşmək niyyətindədir.
“TV1” xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazır.
Qeyd olunur ki, liderlərin xaricə səfərlərinin məqsədi aprelin 21-də vəfat edən Papa Fransisklə vida mərasimində iştirak etməkdir.
Nəşr yazır ki, D.Trampın V.Zelenski ilə danışıqları Moskva vaxtı ilə saat 9:00-da Vaşinqton səfirinin Romadakı iqamətgahında baş tuta bilər.