media-1200x100

Trampdan Haaqa Məhkəməsinə qarşı SANKSİYA

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp Benjamin Netanyahunun həbsi ilə bağlı Haaqa Məhkəməsinə qarşı sanksiya tətbiq edib.

“TV1”  xəbər verir ki, ABŞ prezidentinin yeni sərəncamına əsasən, ABŞ vətəndaşlarına və müttəfiqlərinə, habelə onların ailə üzvlərinə qarşı istintaqı dəstəkləyən Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) məmurlarına maliyyə və viza məhdudiyyətləri qoyulacaq.

Sənəddə deyilir ki, Beynəlxalq Cinayət Məhkəməsi ABŞ və İsrailə qarşı “qanunsuz və əsassız hərəkətlər edib” və “hüquqi əsaslar olmadan yurisdiksiyasını bəyan edib və ABŞ vətəndaşlarına və onun bəzi müttəfiqlərinə, o cümlədən İsrailə qarşı ilkin araşdırmalara başlayıb.

Tramp deyib ki, məhkəmə “İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant üçün əsassız həbs orderləri” verməklə “güclərini daha da sui-istifadə edib”. ABŞ prezidenti vurğulayıb ki, nə Vaşinqton, nə də İsrail BCM-nin yurisdiksiyasına daxil deyil.

2019-cu ildə Trampın birinci dövründə Vaşinqton artıq ICC-yə qarşı sanksiyalar tətbiq etdi. O zaman bu, ABŞ-ın Əfqanıstandakı hərəkətlərinin araşdırılması ilə bağlı idi. 2021-ci ildə bu sanksiyalar Joe Biden tərəfindən ləğv edildi.

 

media-ads_728_90
Paylaş