Trampın üçüncü müddətə namizəd olması üçün ABŞ Konstitusiyasını dəyişdirmək CƏHDİ
Tramp tərəfdarları ona üçüncü müddətə namizəd olmaq imkanı vermək üçün ABŞ Konstitusiyasını dəyişdirmək istəyirlər.
“TV1” xəbər verir ki, bu barədə NBC məlumat yayıb.
Məqalədə deyilir ki, ABŞ Konstitusiyasına dəyişiklik etməyin iki yolu var, lakin hər ikisi son dərəcə çətindir. Birinci yol Konqresin üçdə ikisinin səsi və ştatların dörddə üçünün (50-dən 38-i) ratifikasiyasından keçir ki, bu da elektoratın qütbləşməsi səbəbindən praktiki olaraq mümkün deyil.
İkinci variant, 34 ştat (50-dən) razılaşarsa, konstitusiya konvensiyasının çağırılmasıdır, lakin hər hansı dəyişiklik yenə də ştatların dörddə üçü tərəfindən ratifikasiya edilməlidir.
Qeyd edək ki, 1951-ci ildə ABŞ Konstitusiyasına 22-ci düzəliş qəbul edilib və ona görə, eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz.