media-1200x100

Trampla Harris arasında ikinci debatın olmayacağı dəqiqləşib

media-ads_728_90

ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Kamala Harris arasında ikinci debat olmayacaq.

“TV1” xəbər verir ki, CNN-in növbəti debatın keçirilməsi ilə bağlı verdiyi təklifin təsdiq olunması üçün son tarix artıq bitib.

Kamala Harris debatda iştiraka razılıq versə də, Donald Trampın kampaniyası müsbət cavab verməyib.

Qeyd edək ki, CNN debatın oktyabrın 23-nə təyin olunmasını təklif etmişdi.

Bununla yanaşı, “Fox News” debatla bağlı oktyabrın 24-ü və ya 27-si təklifini irəli sürsə də, təsdiq ala bilməyib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

media-ads_728_90
Paylaş