media-1200x100

Trampla Putin arasında telefon danışığı olub

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.

“TV1” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri “New York Post”a müsahibəsində bildirib.

D.Tramp bildirib ki, Vladimir Putin Ukraynadakı münaqişədə insanların ölməsinin dayandırılmasını istəyir.

Ağ Ev rəhbəri həmçinin Baydendən fərqli olaraq, Putinlə həmişə yaxşı münasibətlərinin olduğunu bildirib.

Amerikalı lider deyib ki, onun müharibəni bitirmək üçün konkret planı var.

Tərəflərin nə qədər danışdıqlarına dair sualına ABŞ Prezidenti “Mən susmağı üstün tuturam” cavabını verib.

media-ads_728_90
Paylaş