“Trump TV” fəaliyyətə başlayıb
Ağ Ev administrasiyası hökumət fəaliyyətlərini, rəsmi açıqlamaları və keçmiş fəaliyyət icmallarını əks etdirəcək Trump TV platformasını işə salmaqla ictimai ünsiyyətdə yeni bir mərhələ elan edib.
“TV1” “Haber Global”a istinadən xəbər verir ki, Bazar ertəsi axşamı istifadəyə verilən bu kanal, vasitəçilər olmadan hökumət və ictimaiyyət arasında birbaşa məlumat axını təmin etməyi hədəfləyir.
Yayımın mərkəzində hökumət xəbərlərinin əsas məqamları, vacib siyasi qərarlar dayanır. 24/7 əlçatan platforma bütün bu məzmunu izləyicilərə real vaxt rejimində yeniləmələr vasitəsilə təqdim edəcək.
Administrasiyanın nailiyyətləri və mərhələlərinin təhlilini də özündə əks etdirəcək yayım şəbəkəsinin yaxın günlərdə rəqəmsal platformalar və rəsmi kanallar vasitəsilə izləyicilərə necə çatacağını aydınlaşdıracağı gözlənilir.








