media-1200x100

Türk Dövlətləri Təşkilatı sadələşdirilmiş gömrük dəhlizi haqqında Sazişin qüvvəyə mindiyini elan edib

media-ads_728_90

Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında ticarəti asanlaşdırmaq məqsədilə sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişin qüvvəyə mindiyini bəyan edib.

“TV1” xəbər verir ki, TDT tərəfindən “Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada, 2022-ci ilin noyabrında Səmərqənddə imzalanan Sazişin 2024-cü il noyabrın 29-da rəsmən qüvvəyə mindiyi vurğulanıb.

Təşəbbüsün əsas məqsədi türkdilli ölkələr arasında gömrük prosedurlarını sadələşdirmək, rəqəmsal məlumat mübadiləsini genişləndirmək və tranzit müddətlərini qısaltmaqla ticarət axınlarını sürətləndirməkdir. Bu addımın regiondaxili iqtisadi əlaqələrin gücləndirilməsinə mühüm töhfə verməsi gözlənilir.

media-tdt-logo

media-ads_728_90
Paylaş