Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
Türkiyə Prezidenti 2024-cü il iyunun 6-da imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edilib.
“TV1” xəbər verir ki, müvafiq qərar “Rəsmi Qəzet”də dərc olunub.
Miqrasiya sahəsində əməkdaşlığı təmin edəcək Sazişdə qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın əhəmiyyəti xüsusilə vurğulanıb.