media-1200x100

Türkiyə parlamentində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək

media-ads_728_90

Türkiyə Böyük Millət Məclisinin (parlamentində) konfrans zalında Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçiriləcək.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, anım tədbiri fevralın 24-də Türkiyə Böyük Millət Məclisinin nəzdində Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi tərəfindən Azərbaycan diplomatik missiyasının dəstəyi ilə təşkil olunacaq.

media-ads_728_90
Paylaş