media-1200x100

Türkiyə və Azərbaycanın Quru Qoşunları komandanları Suriya ilə sərhəddə olublar

media-ads_728_90

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Selçuk Bayraktaroğlu və qardaş ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin 6-cı Korpus komandanlığı və Birləşmiş Xüsusi Təyinatlı Əməliyyat Qrupunun ölkənin cənubundakı Kilis vilayətində yerləşdiyi əraziyə baş çəkiblər.

“TV1” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan nümayəndə heyəti Türkiyə ordusunun Suriya ilə sərhəddəki postlarından birində də olub.

S.Bayraktaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə Türkiyə ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

media-ads_728_90
Paylaş