Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək

media-ads_728_90

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək.

“TV1” xəbər verir ki, “TRT Haber”in məlumatına görə, bu barədə Məkkə Ortaq Müdafiə Sazişi çərçivəsində keçirilən Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra birgə bəyanatda bildirilib.

“Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına dərhal başlamağı, bu çərçivədə tərəflərin milli qanunvericiliyinə uyğun razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb”, – deyə bəyanatda vurğulanıb.

media-ads_728_90
Paylaş