Türkiyədəki helikopter qəzasında 6 hərbçi şəhid olub - YENİLƏNİB
Türkiyənin İsparta şəhərinin Keçiborlu rayonu ərazisində baş verən helikopter qəzası zamanı şəhid olan hərbçilərin sayı altıya yüksəlib.
“TV1” xəbər verir ki, hadisə İsparta Quru Aviasiya Məktəbinin təlim uçuşu zamanı iki helikopterin toqquşması nəticəsində baş verib.
Helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz eniş edə bilib.
Türkiyənin Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin sayının 6-ya yüksəldiyini açıqlayıb.
Hadisə ilə bağlı açıqlama verən İsparta valisi Abdullah Erin şəhid olanlardan birinin İsparta Quru Aviasiya Məktəbinin komandanı general-mayor (tuğgeneral) İsa Baydilli olduğunu bildirib.
13:02 ——————————————————————————————————————————————–
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində daha bir nəfərin meyiti tapılıb.
“TV1” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, həlak olanlardan biri təlim komandiridir.
Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir. Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib.