Türkiyədə Suriya və "Hizbullah" arasında danışıqlar aparılıb
Suriya hökumətinin və Livanın “Hizbullah” hərəkatının nümayəndələri tərəflər arasında gərginliyi azaltmaq məqsədilə Türkiyədə birbaşa danışıqlar aparıblar.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Danışıqlarda “Hizbullah” nümayəndələri, eləcə də Suriya kəşfiyyat orqanlarının və Xarici İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər. Görüş gərginliyin azaldılması səyləri çərçivəsində Türkiyə təhlükəsizlik və kəşfiyyat orqanlarının dəvəti ilə baş tutub.








