Türkiyədə təyyarə qəzaya uğrayıb - Ölənlər var
Bursada Yenişehir hava limanında təlim-məşq təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.
“TV1” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Bursa İcra Hakimiyyəti açıqlama yayıb.
Bursa İcra Hakimiyyətinin bəyanatında deyilir ki, özəl uçuş məktəbinə məxsus iki nəfərlik təlim təyyarəsi qəzaya uğrayıb.
Açıqlamada qəzada 2 pilotun öldüyü, hadisə ilə bağlı məhkəmə və inzibati istintaq işlərinin başlandığı qeyd olunub.