media-1200x100

Türkiyədə xizək mərkəzindəki yanğınla bağlı otelin sahibi həbs edildi

media-ads_728_90

Türkiyənin Bolu bölgəsindəki Kartalkaya xizək mərkəzində 78 nəfərin həlak olduğu otel yanğını ilə əlaqədar saxlanılan 14 şübhəli arasında olan otel sahibi Halit Ergül həbs edilib.

“TV1” xəbər verir ki, aparılan istintaq çərçivəsində daha 2 nəfərin barəsində həbs-qətimkan tədbiri çıxarılıb.

Belə ki, otel sahibi Halit Ergül və otelin baş direktoru, həmçinin otel sahibinin kürəkəni Əmir Aras haqqında həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, yanvarın 21-də gecə yerli vaxtla 03:30 radələrində 11 mərtəbəli binanın dördüncü mərtəbəsində başlayıb. Hadisə yerinə 30 yanğınsöndürən maşın və 28 təcili tibbi yardım maşını səfərbər olunub. Bolunun valisi Əbdüləziz Aydın yanğının səbəbinin hələ ki, məlum olmadığını desə də, alovun restoranın yerləşdiyi mərtəbədən başladığını ehtimal edir. Hadisə zamanı hoteldə 234 qonaq olub. Yanğınla əlaqədar istintaq başlanılıb. Hadisə ilə əlaqədar mehmanxananın sahibi də daxil olmaqla 4 nəfər saxlanılıb.

media-ads_728_90
Paylaş