Türkiyənin Egey sahillərində ard-arda 3 zəlzələ olub
Türkiyənin Egey dənizi sahillərində ard-arda 3 zəlzələ baş verib.
“TV1” xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə 10:58-də qeyd alınmış birinci zəlzələ 4.7 bal gücündə olub və Egey dənizində yerin 7 kilometr dərinliyində baş verib.
Növbəti iki zəlzələ isə 4,5 maqnitudada olub və 11:39-da baş verib. Zəlzələlərin episentri yerin 11 və 12 km dərinliyində olub.
Dağıntılar və itkilər barədə hələ ki, məlumat yoxdur.