media-1200x100

Türkiyənin xizək kurortundakı yanğının detalları MƏLUM OLUB

media-ads_728_90

Türkiyənin Bolu vilayətindəki “Kartalkaya” xizək kurortundakı “Grand Kartal” hotelində baş verən və 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı araşdırma davam edir. Araşdırma çərçivəsində yanğının necə başladığı ilə bağlı detallar məlum olub.

“TV1” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, istintaq zamanı əldə edilən məlumata görə, yanğın aşpazların səhər yeməyi hazırladıqları zaman başlayıb. Hotelin restoran hissəsində gecə saat 3:21-də baş verən yanğından əvvəl restoran işçiləri yemək hazırlamaq üçün plitəni yandırıblar. Uzun müddətdir yanılı qalan və qızan cihazın üzərinə qaynar yağ tökülüb.

Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyiblər. Lakin yanğınsöndürən balon əvəzinə cihazın üstünə su töküblər. Qızğın yağ su ilə təmas etdikdə isə alovlar daha da böyüyüb və ətrafa yayılıb. Daha sonra isə alov tüstü bacasına keçib və oradan da dam örtüyünə yayılaraq bütün hoteli bürüyüb.

media-ads_728_90
Paylaş