media-1200x100

Türkiyənin yeni “Bulud” PUA-sı - VİDEO

media-ads_728_90

Türkiyənin “Havelsan” şirkəti yeni PUA-nı – “Bulud”u təqdim edib.

“TV1” “TRTHaber”ə istinadən xəbər verir ki, adıçəkilən PUA tələb olunan sınaqlardan uğurla keçərək, Türkiyə ordusunun və polisinin inventarına götürülüb.

Bildirilib ki, “Bulud” daxili mühərriki sayəsində fasiləsiz olaraq 6 saat havada qalaraq kəşfiyyat və müşahidə apara bilir.  Yağış və qar şəraitində işləmə qabiliyyətinə malik olan PUA sensorları və proqram təminatı sayəsində hər növ əməliyyat şəraitində tapşırıqları yerinə yetirir.

“Bulud” təhlükəsizlik qüvvələri tərəfindən əməliyyat bölgələrində aktiv şəkildə istifadə edilir. Beş kiloqramlıq yükdaşıma qabiliyyətinə malik olan qurğu 80 kilometr məsafəyə qədər məlumatı paylaşa bilir.

media-ads_728_90
Paylaş