Ukrayna ABŞ-ın atəşkəs təklifini qəbul etməyə hazırdır

media-ads_728_90

Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifini qəbul etməyə hazırdır.

“TV1” xəbər verir ki, bu barədə Ukrayna və ABŞ-ın Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən danışıqlarının yekunları üzrə birgə bəyanatında qeyd olunub.

Məlumata görə, bəyanatın mətni Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin saytında dərc olunub.

“Ukrayna ABŞ-ın Rusiya Federasiyasının qəbul edilməsi və eyni zamanda yerinə yetirilməsi şərtləri ilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti 30 günlük atəşkəs rejiminin dərhal tətbiqi təklifini qəbul etməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatlar Rusiyaya məlumat verəcək ki, Rusiya tərəfinin qarşılıqlı münasibəti sülhə nail olmaq üçün açar olacaq”, – deyə bəyanatda deyilir.

media-ads_728_90
Paylaş