Ukrayna Rusiya ilə ABŞ arasında danışıqların nəticələrini tanımır - Zelenski
“Ukrayna Rusiya və ABŞ nümayəndələri arasında Səudiyyə Ərəbistanında aparılan danışıqlarda iştirak etmir və nəticələri də tanımaq niyyətində deyil”.
“TV1” xəbər verir ki, Volodimir Zelenski bu barədə Birləşmiş Ərəb Əmirliklərində keçirilən mətbuat konfransında deyib.
“Ukrayna danışıqlarda iştirak etmir və bu barədə heç bir məlumatı yoxdur. Kiyev iştirak etmədiyi hər hansı razılaşmanı tanımır”, – deyə Zelenski bildirib.
O, həmçinin, Səudiyyə Ərəbistanına yaxın günlərdə baş tutacaq səfərinin ABŞ-Rusiya görüşü ilə bağlı olmadığını vurğulayıb.
Qeyd edək ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Ər-Riyada yollanıblar.