media-1200x100

Ukraynalı ər-arvad və iki qazax arasındakı DAVA səbəbindən təyyarə məcburi ENİŞ ETDİ

media-ads_728_90

Antalyadan Astanaya uçan “Peqasus” şirkətinə məxsus sərnişin təyyarəsi ukraynalı ər-arvad və Qazaxıstandan olan iki qadın arasında yaranan dava-dalaşdan sonra Ərzurum hava limanına enib.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Təyyarə hava limanında davada iştirak edənləri düşürüb və yenidən havaya qalxaraq yoluna davam edib.

Bildirilib ki, davada iştirak edən şəxslər bir-birindən şikayətçi olduqları üçün polis şöbəsinə aparılıblar.

Onların nəyə görə dava etdiyi açıqlanmayıb.

media-ads_728_90
Paylaş