“Ulduz” metro stansiyasının qarşısından keçən yola asfalt örtüyü döşənir
“Ulduz” metro stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.
‘’TV1’’ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, bu yol Akademik Həsən Əliyev küçəsindən “Koroğlu” metro stansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.
İşlər “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.








